Sürücülərin nəzərinə! Bu ərazilərdə hərəkət məhdudlaşdırılıb - FOTO

Sürücülərin nəzərinə! Bu ərazilərdə hərəkət məhdudlaşdırılıb - FOTO
Foto
Sosial 659

Bakı-Sumqayıt yolunda aparılan yenidənqurma işləri çərçivəsində 4 və 5 may tarixlərində Moskva prospektindən, həmçinin Bakı Dairəvi-1 avtomobil yolundan “Şamaxı yolu” adlanan ərazi istiqamətində hərəkət məhdudlaşdırılır.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) BAKU.WS-ə verilən məlumata görə, alternativ olaraq sürücülər Moskva prospektinin əsas yolundan və Biləcəri enişindən istifadə edərək hərəkətlərinə davam edə bilərlər.

Təmir-tikinti işləri Müzəffər Həsənov küçəsinin 20 Yanvar dairəsindən Mirzə Abbas Şərifzadə küçəsi ilə kəsişməsinədək olan hissəsində də aparılır. Bu səbəbdən təmir işləri bitənədək küçənin sözügedən hissəsi ilə də hərəkət məhdudlaşdırılıb.

Yarana biləcək müvəqqəti narahatlığa görə vətəndaşlardan üzr istəyirik.

Oxşar xəbərlər

Bakıda 27 marşrut xəttinin hərəkət sxemi dəyişdirilib

Bakıda 27 marşrut xəttinin hərəkət sxemi dəyişdirilib

Bakı-Sumqayıt yolunda aparılan yenidənqurma işləri çərçivəsində 30 aprel və 1 may tarixlərində Moskva prospektindən 20 Yanvar dairəsinə şəhərdən çıxış istiqamət...

1116 Sosial 19:49 30 aprel 2020

Son xəbərlər