Qəbul imtahanı 1 dəfə keçirilə bilər - RƏSMİ açıqlama

“Hazırda ali məktəblərə qəbul imtahanının əvvəlki illərdə olduğu kimi iki dəfə keçirilməsi nəzərdə tutulub”.
BAKU.WS xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə videokonfransda bildirib.
O qeyd edib ki, prosesləri indidən proqnozlaşdırmaq mümkün deyil:
“Əgər bizə müəyyən bir vaxt ərzində imtahanları yekunlaşdırmaq barədə tapşırıq verilsə və iki dəfə imtahan keçirməyə vaxt olmasa, o zaman 1 dəfə imtahan keçiriləcək”.
M.Abbaszadə vurğulayıb ki, iki dəfə imtahan keçiriləcəyi təqdirdə ikinci imtahanın ödənişli olması məsələsi qüvvədə qalacaq.
Oxşar xəbərlər
Məleykə Abbaszadə ittihamlara cavab verdi
Bildiyiniz kimi, 2019-cu ildə tətbiqi nəzərdə tutulan ümumi təhsil pilləsində təhsilalanların yekun qiymətləndirilməsi (buraxılış) imtahanlarının və ali təhsil...