Prezident Xaçmaz üçün 700 min manat ayırdı
 
                            
                            
                                31
                                mar
                            
                                2020
                                11:33
                            
                            Prezident İlham Əliyev Xaçmaz rayonunda əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılmasına və əhalinin içməli suya tələbatının ödənilməsinə dair əlavə tədbirlər haqqında sərəncam imzalayıb.
BAKU.WS xəbər verir ki, sərəncama əsasən Xaçmaz rayonunun əhalisi 13400 nəfər olan 10 yaşayış məntəqəsində 10 ədəd subartezian quyusunun layihələndirilməsi və qazılması məqsədilə Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinə 700 min manat ayrılıb.
Maliyyə Nazirliyinə bu maliyyələşməni təmin etmək tapşırılıb.
Oxşar xəbərlər
Prezident Bərdə üçün 1,61 milyon ayırdı
Prezident İlham Əliyev Bərdə rayonunda əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılmasına və əhalinin içməli suya tələbatının ödənilməsinə dair ə...
 
                     
                                             Haqqımızda
                        Haqqımızda
                     
                             
                     
                     
                     
                     
                    