Martın 30-da peşə ixtisasları üzrə teledərslərə start veriləcək

Martın 30-da “Mədəniyyət” kanalında peşə ixtisasları üzrə teledərslərə start veriləcək. Teledərslər saat 16:15-dən etibarən yayımlanacaq.
BAKU.WS Təhsil Nazirliyinə istinadən xəbər verir ki, elektrotexnika, tikinti, sənaye, mexanika, elektronika, avtomobil, İKT və avtomatika ixtisasları üzrə teledərslər artıq hazırlanıb.
Təhsil Nazirliyinin videodərslər portalında (https://video.edu.az/) sadalanan ixtisaslar üzrə 20 teledərs yerləşdirilib. Peşə ixtisasları üzrə teledərslərin çəkilişi davam etdirilir.
“Dərs vaxtı”na ekran qarşısında baxa bilməyənlər sözügedən dərsləri Peşə Təhsili üzrə Dövlət Agentliyinin elektron resurslarından da izləyə biləcəklər.
Oxşar xəbərlər
Tovuzda “ASAN Həyat” kompleksi istifadəyə verildi - FOTO (YENİLƏNİB)
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 4-də Tovuzda “ASAN Həyat” kompleksinin açılışında iştirak edib. BAKU.WS xəbər verir ki, dövlətimizin b...
