VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycanda mülki aviasiya xidmətləri göstərən “Aviation Services Group” (ASG) şirkətlər qrupu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsünü dəstəkləyərək, Koronavirusla Mübarizəyə Dəstək Fonduna bir milyon manat köçürüb.

“Aviation Services Group”un tərkibinə daxil olan şirkətlər hava limanlarında həmyerlilərimizin vətənə qaytarılması çərçivəsində gücləndirilmiş rejimdə işləyirlər.

“Aviation Services Group” Azərbaycan Respublikası Nazirlər Kabineti yanında yaradılmış operativ qərargahın tövsiyələrinə əməl edərək, müştərilərinin və əməkdaşlarının sağlamlığının qorunmasını təmin etmək üçün bütün təhlükəsizlik tədbirlərini yerinə yetirir.

“Aviation Services Group” koronavirus infeksiyası (“COVID-19”) ilə mübarizədə hökumət və Azərbaycan xalqı ilə həmrəyliyini bildirir və pandemiya ilə mübarizədə birlik göstərməyə çağırır.

BAKU.WS
QALEREYA