SİZİN REKLAM BURADA!
055 213 76 73


Xəbər verdiyimiz kimi, bir neçə dəqiqə öncə Bakının bir hissəsinin elektrik enerjisi ilə təchizatında problem yaranıb.

BAKU.WS-in məlumatına görə, məsələ ilə bağlı "Azərenerji" ASC-dən bildirilib ki, 110 kilovoltluq stansiyada baş verən təkan nəticəsində Bakının bir hissəsinə elektrik enerjisinin verilməsində qısa fasilə yaranıb.

"Azərenerji" ASC-dən verilən məlumata görə, hazırda problem aradan qaldırılıb və elektrik enerjisinin ümumi şəbəkəyə verilməsi hissə-hissə bərpa olunur.

 

BAKU.WS