Bakıda torpağın və bağ evlərinin qiyməti ucuzlaşıb

Bakıda ötən ay ərzində torpağın və bağ evlərinin qiyməti azalıb.
Bu barədə BAKU.WS-ə "MBA Group" konsaltinq şirkətinin baş direktoru, daşınmaz əmlak sahəsində ekspert Nüsrət İbrahimov deyib.
N.İbrahimov bildirib ki, yanvar ayında topraq bazarında qiymətlərdə azalma 3.35 faiz təşkil edib, il ərzində isə 0.6 faiz artım olub.
Ekspertin sözlərinə görə, bağ evlərinin qiymətində ay ərzində azalma 6.96 faiz olub, il ərzində isə 8.1 faiz artım qeydə alınıb.
N.İbrahimov vurğulayıb ki, fərdi yaşayış evlərinin qiymətində ay ərzində artım 2.52 faiz təşkil edib, il ərzində isə artım 1.39 faiz olub.
Oxşar xəbərlər
Bakıda ən ucuz və bahalı evlər haradadır?
Avqust ayında Bakının daşınmaz əmlak bazarında aktivlik aşağı olub. BAKU.WS xəbər verir ki, bunu “oxu.az”a açıqlamasında daşınmaz əmlak bazarı üzrə ekspert Rəşa...
