Cəfər Cabbarlının heykəlini hasara aldılar - FOTO
Bakının Nəsimi rayonu ərazisində, metronun “28 may” stansiyasının qarşısı, Cəfər Cabbarlının heykəlinin ətrafını hasara alıblar.
BAKU.WS-in məlumatına görə, Bakı şəhər İcra Hakimiyyətinin mətbuat xidmətindən bildirdilər ki, həmin ərazidə tikinti-təmir işləri aparılır.
“İşlər "Bakı Metropoliteni" QSC tərəfindən həyata keçirilir”, - deyə qurumdan bildirdilər.
Məsələ ilə bağlı ətraflı məlumat almaq üçün “Bakı Metropoliteni” QSC ilə əlaqə saxladıq.
Qurumun mətbuat xidmətindən Bəxtiyar Məmmədov BAKU.WS-ə açıqlamasında bildirdi ki, ərazinin hasara alınmasında məqsəd tunellərdə havalandırma məsələsinin daha da yaxşılaşdırılmasıdır.
“Məqsəd tunel konstruksiyasının mühafizəsini ətraf mühitin təsirlərindən qorumaqdır. Bakı meriyasından icazə alınıb.
İşlər yekunlaşdıqdan sonra kiçik bir havalandırma köşkü də olacaq. Bu, ətraf mühitin görünüşünü daha da gözəlləşdirəcək”, - deyə Bəxtiyar Məmmədov bildirib.
Qalereya
Oxşar xəbərlər
Azərbaycanın rayonlarında metro tikilməsilə bağlı RƏSMİ AÇIQLAMA
Hazırda "Bakı Metropoliteni"nin qarşısında duran əsas tapşırıq paytaxtda yeni stansiya və xətlərin tikintisidir. BAKU.WS xəbər verir ki, bunu "Bakı Metropoliten...