Azərbaycanda bu nəqliyyatda gediş haqqı bank kartı ilə ödəniləcək
12
fev
2020
11:09
Azərbaycan Mərkəzi Bankı (AMB) və “Azərbaycan Dəmir Yolları” QSC dəmir yolu nəqliyyatında gediş haqqının bank kartı ilə ödənilməsi üçün layihə həyata keçirir.
BAKU.WS “Report”a istinadla xəbər verir ki, bu barədə AMB-nin baş direktoru Fərid Osmanov Bakıda keçirilən “Visa Cashless Forum”da bildirib.
Onun sözlərinə görə, layihə “Visa” beynəlxalq kart təşkilatının dəstəyi ilə reallaşdırılır.
“Düşünürəm ki, tezliklə dəmir yolu nəqliyyatında bank kartı ilə ödəniş mümkün olacaq”, - deyə AMB rəsmisi qeyd edib.
Oxşar xəbərlər
Bakıda bu avtobuslar da kart sisteminə keçir
Bakı Nəqliyyat Agentliyinin tələbinə uyğun olaraq, daha bir marşrut xətti üzrə avtobuslarda gediş haqqının nağdsız-vahid kart sistemi ilə ödənilməsi mümkün olac...