VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Çində aşkarlanan koronavirusun artıq bir çox ölkələrdə də yayıldığı deyilir. Əlamətləri yüksək hərarət və öskürək olan bu virus sətəlcəmin yaranmasına səbəb olur. Artıq 41 nəfər virus səbəbindən dünyasını dəyişib.

Maraqlıdır, virusun yayıldığı Çindən Azərbayacana birbaşa olaraq uçuş həyata keçirilirmi? Oradan gələn turistlər müayinə edilir?

“Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) mətbuat xidmətinin rəhbəri Paşa Kəsəmənski Modern.az-a Çindən Azərbaycana birbaşa uçuşların olduğunu bildirib:

“Bəli, Çindən Azərbayacana birbaşa uçuş həyata keçirilir. Uçuşlar Çinin paytaxtı Pekin şəhərindən Bakıya nəzərdə tutulub”.

Dövlət Gömrük Komitəsinin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsinin rəisi Natiq Axundov Çindən gələn turistlərin tibbi yoxlanış prosesi üçün Gömrük Xidməti əməkdaşlarının gücləndirilmiş iş rejiminə keçdiyini deyir:

“Çindən Azərbaycana gələn turistlər bizim tərəfimizdən ilkin vizual müayinə edilir. Həmin turistlərin tibbi yoxlanış prosesi üçün gücləndirilmiş iş rejiminə keçilib. İnsan hərarətini uzaqdan ölçən xüsusi cihazların köməyi ilə çinli turistlər müayinə edilir.

Eyni zamanda sanitariya qaydasına uyğun olaraq onlara ciddi nəzarət edilir. Hələ ki, Azərbaycana gələn heç bir çinli vətəndaşda virus aşkarlanmayıb”.

BAKU.WS