SİZİN REKLAM BURADA!
055 213 76 73


SOCAR-ın I vitse-prezidenti, akademik Xoşbəxt Yusifzadə 60 ildən sonra arzusunda olduğu Pirşağı qəsəbəsinə elektrik qatarı ilə gedib. 

BAKU.WS xəbər verir ki, bu barədə "Azərbaycan Dəmir Yolları" QSC "YouTube" səhifəsinə video yerləşdirib. 

Görüntülərdə Xoşbəxt Yusifzadənin elektrik qatarının sərnişini olaraq Pirşağı qəsəbəsinə gəlməsi öz əksini tapıb.

Qeyd edək ki, yol boyu akademiki REAL TV-nin rəhbəri Mirşahin Ağayev müşayiət edib.

Xatırladaq ki, Xoşbəxt Yusifzadə 90 illik yubileyində xatirələrini bölüşərkən illər əvvəl Pirşağıya "elektriçka" çəkilməsinin arzusunda olduğunu söyləmişdi.

BAKU.WS
VİDEO