Bakı 20 Yanvar faciəsinin 30-cu ildönümünə hazırlaşır - VİDEO
Bu il 30-cu ildönümü qeyd olunacaq 20 yanvar faciəsi ilə bağlı qəbul olunan tədbirlər planına əsasən, şəhidlər xiyabanında yenidənqurma və bərpa işlərinə başlanılıb. Artıq xiyabana məktəblilərin ziyarəti də başlayıb.
BAKU.WS BAKU.TV-yə istinadən xəbər verir ki, "20 Yanvar faciəsinin 30-cu il dönümü ilə bağlı tədbirlər planı"na əsasən ölkənin şəhər və rayonlarında, idarə və təşkilatlarda bu tarix Azərbaycanın suverenliyi, istiqlaliyyəti və ərazi bütövlüyü uğrunda mübarizənin rəmzi kimi qeyd olunmalıdır.
Bununla əlaqədar tədbirlərin keçirilməsi, 20 Yanvar hadisələrinin mahiyyətini əks etdirən konfrans, toplantı və mühazirələrin təşkili, mədəniyyət ocaqlarında faciəyə həsr olunmuş tamaşaların, bədii və sənədli filmlərin nümayişi və xiyaban ərazisində lazımi işlərin aparılması nəzərdə tutulur.
“Xalq öz qəhrəmanını heç vaxt unutmur. Biz də uşaqlara şəhidləri daha yaxından tanıtmaq, xiyabanı öz gözləri ilə görmək üçün bura gətiririk”,-deyə yerli sakinlərdən biri bildirib.
Bundan başqa tədbirlər planında qeyd olunur ki, respublikanın bütün təhsil müəssisələrində faciəyə həsr edilmiş xüsusi dərs keçiriləcək, 20 Yanvar hadisələri zamanı şəhid olanların ailələrinə humanitar yardımlar göstəriləcək.
“Hadisənin il dönümü ilə əlaqədar Təhsil naziri tərəfindən 29 nömrəli əmr imzalanıb. Əmrə əsasən yanvar ayının 17də ölkənin bütün təhsil müəsisələrində 20 yanvar hadisələri ilə bağlı dərslər keçiriləcək”,-deyə Təhsil Nazirliyinin sektor müdiri Firudun Həmzəyev əlavə edib.
Qeyd edək ki, sərəncamda paytaxt ictimaiyyətinin yanvarın 20-də Şəhidlər xiyabanına ziyarətinin təşkili, saat 12:00-da bütün ölkə ərazisində şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi, respublikanın şəhər və rayonlarında, kənd və qəsəbələrində 20 Yanvar faciəsinin otuzuncu ildönümü ilə əlaqədar hüzn əlaməti olaraq Azərbaycanın dövlət bayraqlarının endirilməsi planlaşdırılır.
Oxşar xəbərlər
Prezident İlham Əliyevdən 20 Yanvar faciəsinin 30-cu ildönümü haqqında Sərəncam
Prezident İlham Əliyev 20 Yanvar faciəsinin otuzuncu ildönümü haqqında Sərəncam imzalayıb. BAKU.WS xəbər verir ki, Sərəncama əsasən Azərbaycan Respublikasının ə...