Rüşvətə görə həbs olunan sabiq icra başçısının hakim oğlundan xəbər var
27
dek
2019
09:48
Rüşvət və korrupsiya ittihamı ilə DTX tərəfindən həbs edilən Ağstafa Rayon İcra Hakimiyyətinin sabiq başçısı Nizaməddin Quliyevin Nərimanov Rayon Məhkəməsinin hakimi işləyən oğlu Ramin Quliyevin də vəziyyəti ürəkaçan deyil.
BAKU.WS xəbər verir ki, bu barədə Nərimanov rayon Məhkəməsindən Gununsesi.org-a bildirilib.
Məlumata görə, Ramin Quliyevin hakim kimi icraatında olan işlər əlindən alınıb.
Bildirilib ki, Ramin Quliyevin işlərini də məhkəmənin digər hakimləri arasında bölüşdürüblər.
Gənc hakim məhkəməyə gəlsə də faktiki olaraq fəaliyyətsiz qalıb.
Oxşar xəbərlər
Prezident icra başçısını işdən qovdu - SƏRƏNCAM
Prezident İlham Əliyev Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Quliyev Nizaməddin Məhəmməd oğlunu vəzifəsindən azad edib. BAKU.WS xəbər verir ki, bu bartədə P...