SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Siqaretin qiymətinin azalmasının əsas səbəbi tütün məhsullarının qaçaqmalçılığı ilə mübarizədir.
 
BAKU.WS-in məlumatına görə, bunu Trend-ə "Japan Tobacco International" (JTI) şirkətinin korporativ əlaqələr və kommunikasiyalar üzrə meneceri Əli Verdiyevdir.

Onun sözlərinə görə, Azərbaycan bazarında qiymət artımından sonra ölkəyə qeyri-leqal yolla gətirilən tütün məhsulları peyda oldu: "Bu məhsul ucuz qiymətə idi və onun keyfiyyətinin aşağı olmasına baxmayaraq, əhali onu almağa çalışırdı. Qaçaqmalçılıq yolla gətirilən məhsulların yayılmasının qarşısını almaq üçün siqaretin qitymətlərini azaltmaq qərarına gəldik".

Ə.Verdiyev əlavə edib ki, bu qərar əhalinin bir qədər azalan alıcılıq qabiliyyəti nəzərə alınmaqla qəbul edilib.
 
BAKU.WS