SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Azərbaycanda banklar avtomobil kreditini ödəyə bilməyən müştərilərinin maşını satışa çıxarıb. 
 
BAKU.WS-in məlumatına görə, Facebook-da yaradılan "Bank-avtomobilləri" adlı səhifə vasitəsi ilə banklar müştərilərin əlindən aldığı girovu ucuz qiymətə satmağa çalışır. 
 
Satışa çıxarılan avtomobillər arasında "Hyundai", "Chevrolet", "Jeep" və "Kia" kimi avtomobil modelləri var.
 
Azərbaycanda manatın dollar qarşısında kəskin ucuzlaşmasından sonra avtomobilini dollar krediti ilə alan müştərilər kütləvi şəkildə öz dörd təkərli dostundan imtina edirdi. Hətta biz bu barədə bir neçə həftə əvvəl "Əhali kütləvi şəkildə kreditdə olan avtomobilini banka geri qaytarır" adlı yazımızda da qeyd etmişdik. 
 
BAKU.WS