Tovuzda fermerlərin malı əllərində qalıb - FOTO

19
sen
2019
18:59
Tovuz rayonunda sarmışaq satışının zəif olması fermerləri məyus edib. Bu barədə BAKU.WS-in bölgə muxbirinə fermerlər məlumar veriblər. Onların sözlərinə görə artıq üç aydır sarmısaq anbarlarda, evlərin çardaqlarında qalıb. Əvvəllər gəlib qapıdan aparırdılar. Qiyməti də qane edici idi. Bir kiloqramı 5-8 manata belə satılıb."Əlimiz boşda qalıb deyirlər. Bazara da çıxarmaq bir müşkül. Bir kisə sarmısaq bir manata gəlir. Sata bilmədiyimizdə gərəkdir ki, bir manat da verib evə gətirəsən. Gün ərzində 30-40 qəpikdən 5-10 kq sata bilən sevinər" Uzun illərdir bu işi görən Rəhimə Quliyeva deyir ki, sarmısağın toxumunun bir kiloqramını beş manata alıb. İndiyə qədər heç beş manatlıq sarmısaq satmayıb. Qapıda xarab olduğundan aparıb çölə töküblər. Qonşuluqda sarmısağı mal heyvana verib yem kimi istifadə edənlər belə olub.
Qalereya
Oxşar xəbərlər
Bazarda kilosu 70 qəpiyə olan bu məhsulu onlar 8 qəpiyə satırlar - VİDEO
Sahələrdə badımcan yığımına başlanılsada, hazırki qiymət fermerləri qane etmir. Sabirabaddan olan fermerlər bol məhsul götürsələr də, onlar götürdükləri məhsulu...
