SİZİN REKLAM BURADA!
055 213 76 73


Son zamanlar Bakıda və ölkəmizin diqər şəhərlərində velosipedçilərin sayı artmaqdadır.

Təəssüflər olsun ki, bəzi velosiped sürücüləri hərəkət edərkən təhlükəsiz qaydalara riayət etmiyərək kobud şəkildə qayda pozuntulara yol verilər. Bununla bağlı biz Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Rüfət Quliyevə müraciət etdik. 
 
Baş İdarənin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovnik-leytenantı Rüfət Quliyev BAKU.WS-ə verdiyi açıqlamasında bildirib ki, velosiped sürücüləri ciddi şəkildə yol hərəkəti qaydalarına riayət etməli, yollarda yalnız yolun sağ hissəsi ilə hərəkət etməlidirlər.

Polis polkovnik-leytenantı qeyd edib ki, "Yol hərəkəti haqqında" qanunun 38-ci maddəsində göstəlilib ki, mühərriksiz velosipedi idarə edən şəxs xüsusi velosiped zolaqları ilə, bunlar olmadıqda isə yolun, küçənin hərəkət hissəsinin kənarı və ya yol çiyinləri ilə hərəkət etməlidir.

Velosiped sürən şəxs texniki baxımdan saz və lazımi təchizatlı velosipeddən istifadə etməli, velosipedi idarə etməyə mane olan yük və ya sərnişin daşımamalıdır".

Rüfət Quliyev bildirib ki, “Velosiped sürən şəxs unutmamalıdır ki, sutkanın qaranlıq vaxtında hərəkətdə olarkən, işıq qaytarıcı vasitələrdən  istifadə etməli, sükanı saxlamalı, əyləci, təkərləri qaydasında olmalı və təbii ki, təhlükəsizlik dəbilqəsindən istifadə olunmalıdır.
BAKU.WS