Heydər Əliyev Fondu 14 yaşlı Ruzini həyata qaytardı - FOTO

Heydər Əliyev Fondu 14 yaşlı Ruzini həyata qaytardı - FOTO
Foto
Sosial 748
Şamaxı rayonunun Sabir qəsəbə sakini, avtomobil qəzası zamanı ağır kəllə-beyin travması alan və 20 gün komada qalan 14 yaşlı Ruzi Həmidov Heydər Əliyev Fondunun dəstəyi ilə müalicədən sonra yenidən həyata qayıdıb. BAKU.WS xəbər verir ki, Ruzi Həmidov may ayının 2-də Şamaxıda baş vermiş avtomobil qəzası nəticəsində ağır kəllə-beyin travması almışdı.İlkin olaraq Bakı şəhərində xəstəxanaya yerləşdirilən yeniyetmə daha sonra müalicə və reabilitasiya kursunun davamı üçün Turkiyəyə aparılmışdı.Həkimlər Ruzi Həmidovun 2 aylıq əməliyyat və müalicəsinin uğurla başa çatdığını bildirir. Artıq Azərbaycana qayıdan Ruzi bundan sonra reabilitasiya dovründə müəyyən fizioterapiya və digər bərpaedici kursu qəbul edəcək.

Son xəbərlər