ŞAD XƏBƏR – Bakı-Quba yolunda təmir başladı – VİDEO

ŞAD XƏBƏR – Bakı-Quba yolunda təmir başladı – VİDEO
Foto Video
Sosial 3417
Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunda təmir işlərinə start verilib. Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 132 km-lik Bakı-Gəndob hissəsində yolun inşası zamanı yol verilən konstruktiv səhvlər,
ŞAD XƏBƏR – Bakı-Quba yolunda təmir başladı – VİDEO
həmçinin avtomobil yolu ilə əsasən Qubadan Bakı şəhərinə istiqamətində normadan artıq yüklənmiş yük maşınlarının (ümumi nəqliyyat vasitələrinin 67,82 % təşkil edir) hərəkəti nəticəsində yolun örtüyündə çatlar və dağılmış hissələr yaranıb.BAKU.WS xəbər verir ki, bu isə haqlı olaraq vətəndaşlar tərəfindən narazılıqla qarşılanır.Avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətində problemlərə gətirib çıxarır.
ŞAD XƏBƏR – Bakı-Quba yolunda təmir başladı – VİDEO
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəhbərliyinin müdaxiləsi ilə sözügedən yol boyu təxirəsalmaz və kompleks tədbirlərə start verilib.Təmir-bərpa işləri yolun Şabran rayonu ərazisindən başlayaraq Siyəzən və Xızı rayonlarını keçməklə Bakı şəhəri istiqamətində aparılır.İşlər yolu 130-53-cü və 28-16-cı km-lik hissələrində aparılmaqla 200 min kv.m-dən çox sahəni əhatə edir.
ŞAD XƏBƏR – Bakı-Quba yolunda təmir başladı – VİDEO
Təmir-bərpa işləri zamanı yolun örtüyününün çatlamış və dağılmış hissələri frezlənərək kənara daşınır, bunun əvəzinə əlaqələndirici bitum səpilməklə yeni asfalt-beton örtüyü döşənir.Tərtib olunmuş qrafikə uyğun AAYDA-nin rəhbərliyinin birbaşa nəzarəti altında aparılan təmir-bərpa işləri artıq Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun Bakı şəhəri istiqamətində 130-98-ci,
ŞAD XƏBƏR – Bakı-Quba yolunda təmir başladı – VİDEO
83-70-ci və 28-20-ci km-lik hissələrində aparılaraq yekunlaşdırılıb. Sözügedən hissələrdə görülmüş işlərin sahəsi 130 min kv.m-ə yaxındır.Hazırda yolun 98-83-cü, 70-53-cü və 20-16-cı km-lik hissələrində təmir-bərpa işləri görülməkdədir.
ŞAD XƏBƏR – Bakı-Quba yolunda təmir başladı – VİDEO
Anoloji işlər yolun əks istiqamətində də aparılır. Burda da yol örtüyünün dağılmış hissələri frezlənir, ardınca isə əlaqələndirici bitum səpilməklə yeni asfalt-beton örtüyü döşənir.Bakı-Quba istiqaməti üzrə aparılan bu işlər 7 min kv.m sahədə artıq bitib.
ŞAD XƏBƏR – Bakı-Quba yolunda təmir başladı – VİDEO
Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 132 km-lik Bakı-Gəndob hissəsində hərəkətin təhlükəsizliyini təmin etmək üçün yolun dağılmış və deformasiyaya uğramış bütün hissələrinin bərpası istiqamətində işlər “İnşaat Norma və Qaydaları”nın tələblərinə əsasən aparılır.Bunun üçün əraziyə lazımi sayda qüvvə cəlb olunub.Aparılan təmir-bərpa işlərini nəzərə alaraq sürücülərdən sözügedən yol boyu hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur.
Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Hansı yolları qar bağlayıb?

Hansı yolları qar bağlayıb?

Avtomobil yollarındakı vəziyyət barədə məlumat verilib.“Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyinin ictimaiyyətlə əlaqələr şöbəsindən BAKU.WS-ə respublika...

1084 Sosial 11:51 19 fevral 2019

Son xəbərlər