SİZİN REKLAM BURADA!
055 213 76 73


 

Mərkəzi Bank banklararası valyuta bazarında keçirilmiş əməliyyatlar üzrə orta çəkili məzənnəni müəyyənləşdirib.

 

Azərbaycan Mərkəzi Bankından (AMB) BAKU.WS-ə verilən məlumata görə, bununla da, AMB-nin 23 yanvar tarixinə USD/AZN rəsmi məzənnəsi 1,6054 təşkil edib.


Qeyd edək ki, Mərkəzi Banka istinadən məlumat verir ki, gələn həftənin ilk iş gününə olan rəsmi məzənnə cuzi artaraq 1 dollar üçün 1,6054 manat olaraq müəyyənləşdirilib.

 

Xatırladaq ki, Azərbaycan Mərkəzi Bankının İdarə Heyəti dekabrın 21-dən üzən məzənnə rejiminə keçilməsi barədə qərar qəbul edib. Bu qərara əsasən, manatın məzənnəsi başlıca olaraq valyuta bazarında tələb və təklifin nisbətini müəyyən edən fundamental amillərin təsirinə uyğun olaraq formalaşır. AMB-nin valyuta bazarında iştirakı isə bu rejimə uyğun həyata keçirilir.


Ziya Babayev

BAKU.WS