SİZİN REKLAM BURADA!
055 213 76 73


2016-cı ildən etibarən Azərbaycanda tədris ili sentyabrın 15-də başlayır və iyunun 15-də bitir.

BAKU.WS xəbər verir ki, uzun illər ölkəmizdə dərslər 1 sentyabrda başlayıb və 25 mayda bitib. Yeni qayda tətbiq olunduqdan sonra isə bir sıra problem ortaya çıxıb.

Belə ki, bir çox məktəblərdə 20 maydan sonra demək olar dəsrlər keçirilmir, kitablar yığılır. Şagirdlərin davamiyyətində də ciddi problemlər müşahidə olunur.

Bir çoxları bunu tədris proqramının düzgün nizamlanmaması və mövzuların tez bitirilməsi ilə əlaqələndirir.

Təhsil eksperti Kamran Əsədov qeyd edib ki, təhsil müddətinin artırılması geridə qalan müddətdə imtahanların nəticələrinə ciddi təsir etməyib. Onun sözlərinə görə, qərar alınarkən tədris yükünün azaldılması nəzərdə tutulsa da, bu, müsbət nəticəsini verməyib:

“Əslində təhsil psixoloji bir məqamdır və Azərbaycanda 70 il oturuşmuş bir sistem var idi. Həqiqətən keyfiyyət göstəricisini istəyiriksə, dərslər mütləq şəkildə sentyabrın 1-də başlayıb, may ayının 31-i başa çatmalıdır. Yoxsa ki, 14 gün ərzində hər hansı keyfiyyətə nail olmaq mümkün deyil. Nəticələr də onu göstərdi ki, 14 gün təhsil müddətini artırmaqla hansısa uğura nail olunmadı və bu mütləq şəkildə azadılmalıdır”.

Fərid ƏDALƏT
BAKU.WS