SİZİN REKLAM BURADA!
055 213 76 73


Dünən səhər saatlarında cəbhənin Ağdam rayonu istiqamətində düşmən tərəfindən açılan snayper atəşi nəticəsində şəhid olan Azərbaycan zabiti, 36 yaşlı mayor Aqil Omarov bu gün doğulduğu Qaxın Lələpaşa kəndində torpağa tapşırılacaq. Şəhidin iki oğlan övladı var.

BAKU.WS
unikal.org-a istinadən xəbər verir ki, Qaxın Lələpaşa kənd orta məktəbindən bildirilib ki, Aqilin böyük oğlu Uğur 4-cü,  Süphan Omarov isə Lələpaşa kənd orta məktəbin 2-ci sinif şagirdidir. 
 
"Uşaqlara "atanız evə gəlir” deyib, məktəbdən evlərinə yola salmışıq. Onlarda sevinə-sevinə evlərinə gediblər. Heç biri atalarının şəhid olmasından xəbəri yoxdur".

Mayın 30-da səhər saatlarında cəbhənin Ağdam rayonu istiqamətində düşmən tərəfindən açılan snayper atəşindən Azərbaycan Ordusunun hərbi qulluqçusu Omarov Aqil Akif oğlu şəhid olub. 36 yaşlı şəhid mayor, tabor komandiri idi. 

Aqil Omarov Balakən rayonunda doğulub. Amma o, ailəsi ilə birlikdə Qaxın Lələpaşa kəndində yaşayıb. 2 övlad sahibi olan 1983-cü il təvəllüdlü Omarov Aqil Akif oğlu Qax rayonunun Lələpaşa kəndində torpağa tapşırılacaq.

Şəhidin Uğur və Süphan adlı övladları ilə görüntüsünü oxuculara təqdim edirik:
BAKU.WS