SİZİN REKLAM BURADA!
055 213 76 73


Qubanın Xınalıq kəndi ərazisindən Tufandağ istiqamətində yürüşə çıxarkən həlak olan azərbaycanlı alpinistlərin adı əbədiləşdirilib.

BAKU.WS  xəbər verir ki, "Gilavar" - hava və ekstrim idman klubunun üzvləri olan hər üç gəncin – Namin Bünyatov, Fəridə Cəbrayılzadə və Babur Hüseynovun xatirə lövhəsi itkin düşdükləri Mahmuddərə ərazisində qaya parçasının üzərinə vurulub.

Xatırladaq ki, N.Bünyatov, F.Cəbrayılzadə və Babur Hüseynov 23 dekabr 2017-ci ildə Qubanın Xınalıq kəndi ərazisindən Tufandağ istiqamətində yürüşə çıxıblar. Mahmuddərə adlanan ərazidə qar uçquna düşən alpinistlərin axtarışları 5 ay davam edib. Onların cəsədləri 16 may 2018 tarixində tapılıb.

Zülfiyyə Qurbanova



BAKU.WS