SİZİN REKLAM BURADA!
055 213 76 73


Bakıda daha bir yol təmirə bağlanır.

Bu barədə “Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyinin mətbuat xidmətindən BAKU.WS-ə bildirilib.

Verilən məlumata görə, aparılan təmir işləri ilə əlaqədar olaraq aprel ayının 30-dan may ayının 1-nə keçən gücədən etibarən Bakı şəhəri, Binəqədi rayonu Biləcəri qəsəbəsinin Biləcəri enişi adlanan yolunun dairəyə qədər olan hissəsində avtonəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq.

Məhdudlaşma 1 may tarixində axşam saatlarınadək davam edəcək.

Sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları xahiş olunur və alternativ yollardan istifadə etmələri tövsiyyə olunur.
BAKU.WS