DİQQƏT! Bakı-Sumqayıt yolu bağlanır

DİQQƏT! Bakı-Sumqayıt yolu bağlanır
Sosial 4759
Bakı-Sumqayıt yolunun şəhər istiqamətində Bakı Beynəlxalq Avtovağzal kompleksi qarşısından keçən hissəsində asfalt örtüyünün yenilənməsi işləri ilə əlaqədar olaraq iyul ayının 28-i səhər saat 10:00-dan iyul ayının 29-u səhər 05:00-a qədər avtonəqliyyat vasitələrinin hərəkəti qısa müddətlik məhdudlaşdırılacaq.“Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyinin ictimaiyyətlə əlaqələr şöbəsindən BAKU.WS-ə verilən məlumata görə, hərəkət istiqaməti Beynəlxalq Avtovağzal kompleksinin yanından Stend Atıcılığı idman kompleksinə gedən yol vasitəsi ilə Bakı-Dairəvi-1 avtomobil yoluna yönəldiləcək.Sürücülərdən öncədən hərəkət istiqamətlərinə uyğun olaraq alternativ yollardan istifadə etmələri tövsiyyə olunur.Yaranan müvəqqəti narahatlığa görə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi vətəndaşlardan üzr istəyir və aparılan işlərə anlayışla yanaşmalarını xahiş edir.BAKU.WS

Oxşar xəbərlər

Əhaliyə BƏD XƏBƏR - Bakı-Sumqayıt yolu yenidən bağlanır

Əhaliyə BƏD XƏBƏR - Bakı-Sumqayıt yolu yenidən bağlanır

Bakı-Sumqayıt yolu yenidən bağlanıb.Bu barədə AAYDA-nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Anar Nəcəfli BAKU.WS-ə bildirib. Onun sözlərinə görə, Bakı-Sumqay...

4430 Sosial 11:14 26 iyul 2018

Son xəbərlər