Bakıda nəhəng Nəqliyyat qovşağı istifadəyə verildi – FOTO

Bakıda nəhəng Nəqliyyat qovşağı istifadəyə verildi – FOTO
Sosial 1321
Bakı Beynəlxalq Avtovağzal Kompleksinin (BBAK) ərazisində Nəqliyyat qovşağı istifadəyə verilib.Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin ( DANX) mətbuat xidmətinin rəhbəri Nuridə Allahyarova BAKU.WS-ə bildirib.Onun sözlərinə görə, nəqliyyat qovşağı 50 000 m2 ərazini əhatə edir. 8500 m2 ərazidə yaşıllaşdırma və abadlıq işləri aparılaraq 2000-dən çox ağac əkilib.
Bakıda nəhəng Nəqliyyat qovşağı istifadəyə verildi – FOTO
Ərazidə 93 nömrədən ibarət beşmərtəbəli “Baku Crossway Hotel”i və yenidən təmir olunaraq istifadəyə verilən ikimərtəbəli hostel fəaliyyət göstərir.Qovşaqda minik avtomobilləri, beynəlxalq, müntəzəm və qeyri-müntəzəm ictimai nəqliyyat vasitələri əhalinin rahatlığı məqsədi ilə vahid məkanda yerləşdirilib.
Bakıda nəhəng Nəqliyyat qovşağı istifadəyə verildi – FOTO
Kompleksdə dispetçer və bilet satışı məntəqəsi, gözləmə zalları, müasir standartlara cavab verən ictimai-iaşə obyektləri, telekommunikasiya, poçt xidmətləri ilə yanaşı, maliyyə, eləcə də aviabilet satışı və turizm xidmətləri göstərən yeni “Şəbəkə” xidmət mərkəzi fəaliyyət göstərir.
Bakıda nəhəng Nəqliyyat qovşağı istifadəyə verildi – FOTO
Eyni zamanda, nəqliyyat və piyada axınları, avtonəqliyyat vasitələrinin giriş-çıxış yerləri bir-birindən ayrılıb.Artıq Sumqayıt avtostansiyası da qovşaq ərazisində fəaliyyət göstərir.
Bakıda nəhəng Nəqliyyat qovşağı istifadəyə verildi – FOTO
Nəqliyyat qovşağında Almaniyanın “SAP” şirkəti ilə birgə həyata keçirilən pilot layihə çərçivəsində “SAP” texnologiyalarının əsasında yaradılmış unikal sistem nəqliyyat vasitələrinin texniki statusunu, sürücülərin sağlamlıq durumunu,
Bakıda nəhəng Nəqliyyat qovşağı istifadəyə verildi – FOTO
həmçinin, şəhərlərarası və beynəlxalq avtobusların salonundakı vəziyyəti müəyyən etməyə imkan verir. Sistem mərkəzdən idarə olunur və hər hansı nasazlıq baş verdikdə dispetçer tərəfindən dərhal reaksiya verilir.
Bakıda nəhəng Nəqliyyat qovşağı istifadəyə verildi – FOTO
“Cisco” şirkəti ilə reallaşdırılan “Ağıllı şəhər” pilot layihəsi isə yaxın gələcəkdə yerli və beynəlxalq daşımaların idarə olunmasının təkmilləşdirilməsi, nəqliyyat xidmətlərinin keyfiyyətinin daha da artırılması, o cümlədən təhlükəsizliyin yüksək səviyyədə təmin olunması üçün imkan yaradacaq.Sərnişinlər biletləri BBAK-ın, “Silkway” turizm şirkətinin kassalarından və onlayn bilet satışı sistemi vasitəsi ilə “www.avtovagzal.az” saytından əldə edə bilərlər.
Bakıda nəhəng Nəqliyyat qovşağı istifadəyə verildi – FOTO
Bu istiqamətdə görülən işlərdən biri kimi, müasir bilet kassaları formalaşdırılıb. Kassaların üzərində istiqaməti, istiqamət üzrə biletin qiyməti, perron, avtobusun dövlət qeydiyyat nişanı, avtobusun tutumu və mövcud olan boş yerlər haqda məlumatları əks etdirən monitorlar quraşdırılıb.BAKU.WS

Oxşar xəbərlər

Sərnişindaşımada vahid bilet sistemi tətbiq ediləcək

Sərnişindaşımada vahid bilet sistemi tətbiq ediləcək

Sərnişindaşımada vahid bilet sistemi tətbiq ediləcək.BAKU.WS xəbər verir ki, bu barədə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Dövlət Avtomobil...

826 Sosial 14:26 08 yanvar 2019

Son xəbərlər