Məlum olduğu kimi, bu il ali təhsil müəssisələrinə qəbul olmaq istəyən abituriyentlər üçün kağız daşıyıcılar vasitəsilə sınaq imtahanının yalnız bir dəfə keçirilməsi nəzərdə tutulur.


BAKU.WS xəbər verir ki, Dövlət İmtahan Mərkəzi tərəfindən ali təhsil müəssisələrinə qəbul olmaq istəyən abituriyentlərin qəbul imtahanlarına daha səmərəli hazırlaşmalarına kömək məqsədi ilə mütamadi onlayn sınaq imtahanları keçiriləcək. 

Onlayn sınaq qəbul imtahanlarının həm birinci (cari ilin məzunları üçün buraxılış), həm də ikinci mərhələsi üzrə təşkil olunacaq. Ümumilikdə 5 sınaq imtahanının keçirilməsi nəzərdə tutulur. İmtahanlarda yeni test tapşırıqlarından istifadə olunacaq.

Sınaq imtahanlarına yazılış yaxın günlərdə mümkün olacaq və əvvəlcədən elan edilmiş tarixlərdə aparılacaq. İmtahanlar da müəyyən edilmiş tarix və saatlarda keçiriləcək. İmtahanda iştirak haqqı 3 manatdır.

BAKU.WS