Metroda qatarların hərəkətində problem yaranıb.

"Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov Trend-ə bildirib ki, hadisə bu gün saat 19.30 radələrində metronun "Həzi Aslanov" stansiyasında baş verib:

"Stansiyadakı yol ayrıcında texniki nasazlıq yaranıb. Nəticədə bütün xətt üzrə qatarları qəbul etmək mümkün olmayıb. Qatarların hərəkətində dayanma olmasa da, intervalda 5-7 dəqiqə gecikmə yaranıb. Hazırda problemin aradan qaldırılması ilə bağlı tədbirlər görülür".

BAKU.WS