540 qram çəki ilə dünyaya gələn uşağın həyatı xilas edildi
Bakıda xəstəxanalardan birində 540 qram çəki ilə dünyaya gələn körpə xilas edilib.
BAKU.WS xəbər verir ki, bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) məlumat yayıb.
Qeyd edilib ki, o hamilələiyin 23-cü həftəsində doğulub.
18 oktyabr 2025-ci il tarixində özəl xəstəxanada çox erkən doğuş zamanı dünyaya gələn körpə bir müddət sonra kliniki ağır vəziyyətdə Respublika Pediatriya Mərkəzinin nəzdində fəaliyyət göstərən Ə.F.Qarayev adına Uşaq Klinik Xəstəxanasına təxliyə olunub.
Tibb müəssisəsinin Yenidoğulmuşların reanimasiyası şöbəsinə yerləşdirilən körpədə müayinələr zamanı kəskin tənəffüs çatışmazlığı, bronx-ağciyər displaziyası, bilateral pnevmotoraks, periventrikulyar leykomalasiya (PVL) və vaxtından əvvəl doğulmuşların retinopatiyası (ROP) diaqnozları təyin edilib.
Doğuş zamanı əkiz tayını itirən və doğulan gündən süni tənəffüs aparatına qoşulu olan körpə uzunmüddətli intensiv müalicə, daimi tibbi nəzarət və peşəkar həkim heyətinin səyi nəticəsində həyatda qalıb.
Körpənin vəziyyəti tədricən stabilləşib və həyati göstəriciləri normallaşıb.
Çəkisi 2 kiloqrama çatan körpənin həyatı təhlükəsi aradan qalxıb və o evə buraxılıb.
Nur 48 yaşlı ananın 15 il sonsuzluqdan sonra dünyaya gətirdiyi ilk övladıdır.
Qalereya
Oxşar xəbərlər
Azərbaycanda son bir ildə 11 meyitdən orqan köçürülməsi həyata keçirilib
Azərbaycanda son bir ildə beyin ölümü keçirmiş 11 meyitdən orqan transplantasiyası həyata keçirilib. BAKU.WS report-a istinadən xəbər verir ki, bunu Mərkəzi Göm...