SİZİN REKLAM BURADA!
055 213 76 73



Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühit üzrə Milli Monitorinq Departamentinin havanın keyfiyyətini ölçən avtomatik və stasionar monitorinq stansiyalarından alınan məlumata görə, Bakıda və Abşeron yarımadasında tozun miqdarı saat 18:00-da da sanitar normadan yuxarı olub.

Nazirliyin mətbuat xidmətindən BAKU.WS-ə bildiriblər ki, son göstərici normanı 1,8-2,0 dəfə ötüb.

Qeyd edək ki, tozun miqdarı saat 15:00-da sanitar normadan 1,6 dəfə çox olub.

Xatırladaq ki, buna səbəb ölkə ərazisinə şərq, cənub-şərq hava axınları vasitəsilə Türkmənistandan toz dumanının daxil olmasıdır.

BAKU.WS