SİZİN REKLAM BURADA!
055 213 76 73



Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Ətraf Mühit üzrə Milli Monitorinq Departamenti Bakıda və Abşeron yarımadasında müşahidə olunan toz-dumanı ilə bağlı operativ iş rejiminə keçərək, hər üç saatdan bir atmosfer havasında müşahidələr aparır.

ETSN-dən BAKU.WS-ə bildirilib ki, havanın keyfiyyətini ölçən avtomatik və stasionar monitorinq stansiyalarından alınan məlumata görə 29 mart 2018-ci il tarixində Bakı və Abşeron yarımadasında tozun miqdarının saat 18:00-da bir qədər də artaraq sanitar normadan 40 faiz yuxarı olduğu qeydə alınıb.

BAKU.WS