SİZİN REKLAM BURADA!
055 213 76 73



Bakıda əmlak alqı-satqısı saytlarından birində 20 milyon manata ərazi satılması ilə bağlı elan yerləşdirilib.

BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, bir hektardan biraz artıq olan torpaq “20 yanvar” dairəsi kimi tanınan ərazidə, Milli Onkologiya Mərkəzinin yaxınlığında yerləşir.

Torpaq sahibi yerləşdirdiyi elanda yazır: “Qiyməti 12 milyon dollardır. Real alıcıya cüzi endirim mümkündür”.

BAKU.WS