VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Sevgilisi ilə Azərbaycana gələn və elə sevgilisi tərəfindən qətlə yetirilən Qazaxıstan vətəndaşı Atçıbayeva Aygün Almaz qızının cənazəsi vətəninə göndərildi.

BAKU.WS xəbər verir ki, cinayət işinin açılamsında Xoşqədəm Hidayətqızının müəllifi və aparıcısı olduğu "Səni axtarıram" proqramının böyük rolu olub.

Aygülün cənazəsini Qazaxıstanda gəlmiş qardaşı aparıb. Cənazənin yola salınmasında Xoşqədəm Hidayətqızı şəxsən iştirak edib. Gənc qadının sevgilisi tərəfindən xaincəsinə öldürülməsindən çox təsirlənən aparıcı baş verənlərdən mənəvi sarsıntı keçirdiyini bildirib:

"Gəldi və getdi Aygül. Dəlicəsinə sevdi... Sevdiyi uğrunda məsafələr qət etdi, inandı və elə inandığı, sevdiyi, bətnindəki körpəsinin atası tərəfindən amansızca qətlə yetirildi. Bəzən sevmək, inanmaq bu qədər dəhşətli sonluqla bitirmiş. Bir az öncə Qazaxıstandan sevdiyi oğlan tərəfindən Bakıya gətirilən və elə onun tərəfindən də qətlə yetirilən 11 yaşlı qız anası Aygülün tabutu vətəninə yola salındı".



Qeyd edək ki, bir neçə gün əvvəl Qazaxıstanda yaşayan şəxslər "Xəzər” televiziyasına müraciət edərək ailə üzvləri, 1985-ci il təvəllüdü Atsubayeva Ayqul Almaz qızının mayda Bakıya gəldiyini, daha sonra ondan xəbər ala bilmədiklərini bildiriblər.

Bu məsələ ötən həftənin cümə günü telekanalda Xoşqədəm Hidayətqızının aparıcısı olduğu verilişdə işıqlandırılıb və qızı Azərbaycana gətirən sevgilisi, Oğuz rayon sakini, 1989-cu il təvəllüdlü Yusifov Yolçu Adışirin oğlu verilişə dəvət olunub. Veriliş efirə gedəndən sonra Y.Yusifov polis idarəsinə çağırılıb və ondan qazaxıstanlı qızla bağlı ifadə alınıb. Bu zaman gənc oğlan özünü polis idarəsinin pəncərəsindən ataraq intihar edib. O, hadisə yerindəcə keçinib.

Aparılan təxirəsalınmaz əməliyyat tədbirləri nəticəsində qazaxıstanlı qızın Yolçu Yusifov tərəfindən öldürüldüyü təsdiqlənib və hamiləliyin 4-cü ayında olan A.Atsubayevanın meyiti Pirşağı qəsəbəsində qamışlıq sahəsindən tapılıb.

Faktla bağlı cinayət işi açılıb, araşdırmalar davam etdirilir. Məsələyə şəxsən Daxili işlər naziri Ramil Usubov nəzarət edir.

Zulfiyyə Qurbanova
BAKU.WS


                       Qətlə yetirilən Aygülün Qazaxıstandan gələn qardaşı bacısının cənazəsini apararkən