VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Masallı rayonunda 27 yaşlı gənci ildırım vuraraq öldürüb.

Rayonun Mollaoba kənd sakini, 1991-ci il təvəllüdlü Fərid Xəzər oğlu Həsənov əmisi, Bakı şəhər sakini, 1962-ci il təvəllüdlü Elsəvər Aslan oğlu Həsənovla birgə 4 gün əvvəl dünyasını dəyişən anasının məzarını ziyarət etməyə gedib.

Qəbiristanlıqda telefonla danışan F.Həsənovu ildırım vurub. Ətrafdakıların köməkliyi ilə Boradigah qəsəbə xəstəxanasına aparılsa da, onu xilas etmək mümkün olmayıb.

Yüngül xəsarətlər alan E.Həsənov isə tibbi yardım göstərildikdən sonra ambulator müalicəyə buraxılıb. (APA)

BAKU.WS