4 saylı cəzaçəkmə müəssisəsində məhkum qadınlar övladları ilə görüşüblər
Yeniliklərdən dərhal xəbərdar olun
1950-ci ildə Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasının qərarına əsasən təsis edilmiş və dünyanın əksər dövlətlərində Uşaqların Beynəlxalq Müdafiəsi Günü kimi tanınan 1 iyun tarixi ölkəmizdə də hər il qeyd edilir.
BAKU.WS xəbər verir ki, bu münasibətilə Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin 4 saylı cəzaçəkmə müəssisəsində növbəti tədbir təşkil edilib.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi ilə birgə təşkil edilən tədbirdə məhkum qadınlar onların görüşünə gəlmiş övladları ilə birgə maraqlı və əyləncəli vaxt keçiriblər.
Məhkumlar tərəfindən hazırlanmış xüsusi proqram, animasiya qəhrəmanlarının iştirakı ilə musiqili şoular, əyləncə atraksionları böyük maraq və sevinc hissi ilə qarşılanıb.
Qalereya
Oxşar xəbərlər
Məktəbdəki insident nəzarətə götürüldü - RƏSMİ
Oktyabrın 28-də 225 nömrəli tam orta ümumtəhsil məktəbində baş vermiş hadisənin media nümayəndələri tərəfindən təhsil müəssisəsinin həyətində işıqlandırılması z...