SİZİN REKLAM BURADA!
055 213 76 73



Quba rayonunda dağlıq ərazidə itkin düşən alpinistlərin axtarışı davam etdirilir.

BAKU.WS xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətin əməkdaşı Ehtiram Xəlilov “Ölkə.Az”a açıqlamasında bildirib. Onun sözlərinə görə, axtarış-xilasetmə əməliyyatları Tufandağ istiqamətində gedir.

“Gün ərzində alpinistlərin itkin düşdüyü ehtimal olunan ərazilər üzrə axtarış işləri aparılıb, həmçinin onların olduğu güman edilən digər ərazilərdə yoxlamalar davam etdirilib. Axtarış-xilasetmə işləri mürəkkəb reylefli yüksək dağ massivində, dəniz səviyyəsindən 3217 metr yüksəklikdə aparılır”, - deyə Ehtiram Xəlilov bildirib.

Qeyd edək ki, Quba rayonunun Xınalıq kəndindən dekabrın 23-də Tufandağı istiqamətində yürüşə çıxıb və onlarla əlaqə kəsilib. Dekabrın 26-da qayıtmalı olan alpinistlərdən heç bir məlumat almaq mümkün olmayıb. FHN həmin şəxslərin axtarışına başlayıb. Əraziyə helikopter göndərilib.

BAKU.WS