Neftçilərin Hüquqlarının Müdafiə Təşkilatının sədri Mirvari Qəhrəmanlı qaz abonentlərinə müraciət edib və “Azəriqaz”ı fırıldaqçılıqda ittiham edib.

BAKU.WS-in məlumatına görə, Mirvari Qəhrəmanlı iddia edir ki, “Azəriqaz” dekabrın qaz sərfini yanvar ayınınin əvvəllərində qeyd etməyi nəzərdə tutub.

“Bildiyiniz kimi, Tarif Şurasının 22 dekabr, 2016-cı il 19 nömrəli qərarına əsasən bu ilin yanvarın 1-dən təbii qazın qiyməti 1700 kub metrədək olanda 10 qəpikdən, bundan artıq olan hissəsi üçün ödəniş isə 20 qəpikdən hesablanır. Limiti qalmış və yaxud limiti keçmiş abonentlərin sayğaclarının üzərindəki göstəricilər qanuna uyğun qaydada 25.12.2017-ci il tarixdən 28.12.2017-ci il tarixədək oxunub bütün abonentlərə bildirişlər paylanılmalıdır.

Lakin abonentlərin sayğac göstəricilərində, dekabrın qaz sərfini yanvar ayınınin əvvəllərində qeyd etməyi nəzərdə tutublar.

Bunun üçün bütün abonentlərin öz sayğac göstəricilərini 28.12.2017-ci il tarixdə oxuyub bir yerə qeyd etmələri məqsədəuyğun hesab olunur. Əks tədqirdə büdcənizə ziyan dəyə bilər. Qeyd edək ki, sərfiyyat oxuyan aparatin tarixi 15-gün öncəki günlərə çəkilib”, - deyə Mirvari Qəhrəmanlı bildirib.

"Azəriqaz" İstehsalat Birliyinin mətbuat xidmətinin əməkdaşı İbrahim Kəlbəliyev BAKU.WS-ə açıqlamasında Mirvari Qəhrəmanlının iddiasını təkzib edib.

"Tarif Şurasının qərarında heç bir dəyişiklik yoxdur. Limitlər dekabr ayının sonunda sıfırlanacaq. 2018-ci il yanvar ayının 1-dən isə yeni limitlər tətbiq olunacaq.

Hər bir abonent sayğacın üzərindəki sərfiyyata nəzarət edə bilir. Ona görə, sərfiyyat oxuyan aparatin tarixi 15-gün əvvələ çəkilməsi iddiası əsassızdır", - deyə İbrahim Kəlbəliyev bildirdi.

BAKU.WS