SİZİN REKLAM BURADA!
055 213 76 73



"Bakı Metropoliteni”ndə yeni təsərrüfat qatarı istismara verilib.

 

BAKU.WS-in qurumun mətbuat xidmətinə istinadən verdiyi xəbərə görə, təsərrüfat qatarı Rusiyanın Udmurtiya Respublikasının Kambarka şəhərində yerləşən "Kambarsk maşınqayırma zavodu" MMC-nin istehsalıdır.

 

MTK-1-038 markalı dartı modullu yeni motovozun gücü, manevr qabiliyyəti rəvan hərəkətə şərait yaradır. Bu mənada sürət qutusunun avtomatlaşdırılması az rol oynamır. Səs-küyün azalması, ekoloji cəhətdən daha səmərəli olması onun xüsusi üstünlükləridir. Müasir güc qurğularının qoyulması dəmir yol nəqliyyatı üçün nəzərdə tutulmuş «Avro-3» və «Avro-4» standartlarına tam cavab verir.

 

Maşinist idarəetməsi tam kompüterləşdirilib. Bu, təkcə hərəkətdə olan maşını idarə etmək üçün deyil, həm də onun vəziyyətini qiymətləndirmək baxımından əhəmiyyətli yenilikdir.

Ziya Səccad
BAKU.WS