SİZİN REKLAM BURADA!
055 213 76 73




Azərbaycanın ilk təbii kosmetika istehsalçısı olan Gazelli Group şirkətinin Nar Festivalında iştirakı artıq bir ənənəyə çevrilib. Noyabrın 3-ü, 4 –də Göyçay şəhərində baş tutmuş XXII “Nar Festivalı”nda məhz Gazelli Groupun stendinin ətrafında yenidən izdiham yaşanıb. Və bu təbiidir, çünki şirkətin burada təqdim etdiyi BUTA brendinin məhsulları Avropa sertifikatları ilə təsdiq edilmiş yüksək keyfiyyətə malikdir.

Keyfiyyətlə yanaşı ən vacib məqamlardan biri qiymətdir. Gazelli Group şirkəti bu dəfə də qonaqlara sürpriz edərək, 20 %-lik endirim elan edib. Bununla da qiymətlər 1, 30 – 2,20 AZN arası dəyişib. Ona görə şirkətin “meyvələrin şahı” olan nar ekstraktından hazırlanan Buta brendinin məhsullarına böyük tələbat olub. Gazelli Groupun ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Yelena Sidorenkonun sözlərinə görə, bu il Buta-nın saç üçün şampunu, balzamı, duş geli və maye sabununa yerli sakinlərlə yanaşı, xarici qonaqlar da böyük maraq göstərirlər. Qeyd etmək vacibdir ki, Gazelli Group Cənubi Qafqazda yeganə, Dünyada isə nadir şirkətlərdəndir ki, GMP sertifikatı alıb, hər bir məhsulunun isə avropa və Halal sertifikatları var.

Tədbir başlayandan bitənədək Gazelli Groupun stendinin qarşısında böyük izdiham yaşanıb. Şirkətin “yerli istehsala dəstək Narı” isə bu dəfə də tədbirin əsas simvollarından biri oldu. Bu simvolik nar, tədbirin əvvəlində hələ “yetişməmiş” idi. Lakin arzusu olan hər kəs, nar dənələrini simvolizə edən qırmızı lentləri bağlayaraq, yerli istehsala bu şəkildə dəstək vermiş oldular. Beləliklə, tədbirin ən məşhur atributlarından olan bu Nar bayramın sonuna yaxın artıq “yetişmişdir” . Yerli istehsala dəstək verənlər arasında körpələrdən tutmuş yaşlılara qədər hər kəsi görmək mümkün idi. Burada xüsusi foto zona da quraşdırılıb ki, qonaqlar laqeid qala bilmirdilər.

18 ildir fəaliyyət göstərən Gazelli Group şirkəti 12 000 kvadrat metr ərazidə yerləşən fabrikə malikdir. 250-dən şox insanın çalışdığı şirkətin müasir tələblərə cavab verən laboratoriyası da var. Yeri gəlmişkən, Nar Festivalında BUTA məhsullarını əldə edə bilməyənlər İDEAL mağazalar şəbəkəsinə və ya BRAVO supermarketlərinə müraciət edə bilərlər.

BAKU.WS