SİZİN REKLAM BURADA!
055 213 76 73



Xəzər rayonun Şüvəlan qəsəbəsində “Gazelli” kosmetika zavodunda yanğın baş verməsi nəticəsində 10 nəfər zəhərlənib.

Sahiyyə Nazirliyininfən BAKU.WS-ə verilən məlumata görə, 9 kişi və 1 qadın yanğın nəticəsində tüstüdən zəhərlənib. Təcili Tibbi Yardımının əməkdaşları tərəfindən ilkin yardımından sonra zərərçəkənlər müayinə edilərək evə buraxılıb.

"Gazelli Group"a məxsus anbarda baş vermiş yanğın saat 17:00-da söndürülüb.

BAKU.WS-in FHN-in saytına istinadən verdiyi məlumata görə, yanğınsöndürmə işlərində Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin və Xüsusi Riskli Xilasetmə Xidmətinin şəxsi heyəti və texnikası iştirak edib.

Qeyd edək ki, "Gazelli" zavodunda baş vermişyanğın artıq söndürülüb.

Tuncay
BAKU.WS