SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Misirdə qəzaya düşən Rusiyaya məxsus Airbus A-321 tipli sərnişin təyyarəsinin 10 aylıq körpə sərnişi Darina Qromovanın son şəkili insanları duyğulandırıb.  
 
BAKU.WS-in məlumatına görə, ailəsiylə təyyarəyə minməyə hazırlaşan talehsiz Darinanın havalimanındakı son fotosu internet saytlarında yayımlanıb. Şəkili körpənin anası Tatyana Qromova, 15 oktyabrda sosial şəbəkə səhifəsindən paylaşıb. Fotoda Darinanın ailəsiylə Sankt Petersburqun Pulkovo Aerodromundan Misirə getməyə hazırlaşarkən şüşədən çölə baxdığı görünür. Qorxunc qəzada Darinanın atası Aleksey və anası Tatyana da dünyasını dəyişib. 

Xatırladaq ki, dünən Misirin turizm şəhəri Şarm Əl-Şeyxdən Rusiyanın Sankt Peterburq şəhərinə gedərkən baş verən qəzada 21-i uşaq 217 sərnişin və 7 nəfərdən ibarət olan ekipaj üzvü həlak olub. Airbus A321 tipli sərnişin təyyarəsi ilə əlaqə havalandıqdan 23 dəqiqə sonra kəsilib. 

Qəzaya səbəb təyyarənin motorunda nasazlıq olması səbəb olub. Pilot Qahirə Havalılimanına təcili eniş tələb edib. Təyyarədə 7 ekipaj və 21 uşaq daxil olmaqla ümumilikdə 224 sərnişin olub. 
 
Şahin Həbibov
BAKU.WS