SİZİN REKLAM BURADA!
055 213 76 73



Azərbaycanda meyitdən orqan köçürülməsi ölkədə icbari tibbi sığortanın geniş tətbiqindən sonra daha sürətlə baş verə bilər.

BAKU.WS xəbər verir ki, bunu Trend-ə Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini Musa Quliyev deyib.

M.Quliyev bildirib ki, meyitdən orqan köçürülməsi ilə bağlı Nazirlər Kabinetinin müvafiq qərarı olmalıdır: “O qərar olandan sonra isə bu işləri həyata keçirmək üçün müvafiq klinikalar yaradılacaq. Bütün bunlar isə maliyyələşməyə bağlıdır. Meyitdən orqan götürmək olar, amma onu sonra başqa bir insana transplantasiya etmək və ondan sonrakı dövrdə orqanı bədəndə saxlamaq üçün aparılan müalicələr çox bahalıdır”.

M.Quliyev hesab edir ki, bu əməliyyatların insanlar üçün əlçatan olması üçün icbari tibbi sığortanın işə düşməsi vacibdir: “Bunlar hamısı bir-birinə bağlı olan məsələlərdir. İcbari tibbi sığortanın tətbiqindən sonra meyitdən orqan köçürülməsi daha sürətlə baş verə bilər. İcbari tibbi sığorta bu il pilot şəklində tətbiq olundu. Əgər gələn ildən geniş tətbiqinə başlanılarsa, orqan transplantasiyası da həyata keçirilə bilər”.

BAKU.WS