13,99%-dən ZAMİNSİZ, KOMİSSİYASIZ NAĞD KREDİT


"Azərbaycan Hava Yolları" (AZAL) Bakıdan yeni istiqamətlərə - Banqkok və Ciddəyə uçuşlara yeni aksiya barədə elan edir.

Oktyabrın 10-dan 29-a kimi aviabilet aldıqda Bakı-Banqkok-Bakı reyslərinə aviabiletin qiyməti 599 avro, Bakı-Ciddə-Bakı reyslərinə isə 399 avro təşkil edəcək.

Qiymətə bütün rüsum və yığımlar daxildir.

Aksiya çərçivəsində uçuş tarixləri: 2017-ci il oktyabrın 29-dan 2018-ci il martın 1-ə kimi. Sözügedən reyslər komfortlu Boeing-767 (Bakı-Banqkok) və Airbus A320 (Bakı-Ciddə) laynerləri ilə yerinə yetiriləcək. Aviabiletin qiymətinə baqajın pulsuz daşınması (23 kq-a kimi) və soyuq və isti yeməklərin tam çeşidi daxildir.

Qış ayları Banqkoku ziyarət etmək üçün ən əlverişli vaxt hesab edilir. Tayland paytaxtına turistik görməli yerləri ziyarət etmək, canlı gecə həyatı və hər zövqə uyğun əyləncə üçün üçün getməyə dəyər. Tayland mətbəxi bir çox turistin Banqkok səfəri üçün daha bir səbəbidir. Ekzotik, qeyri-adi və sərfəli Tayland yeməkləri ən tələbkar qurmanı belə razı sala bilər.

Qış fəsli həmçinin Səudiyyə Ərəbistanı da səyahət etmək üçün çox uğurlu vaxtdır. Ölkənin qərbində yerləşən Ciddə şəhəri həcc ziyarətinin mərkəzi kimi məşhurdur. Burada XX əsrin sonlarında yaradılmış müasir heykəltəraşlıq abidələri geniş şəkildə təqdim olunur. Şəhər və ətrafında çoxsaylı qum çimərlikləri mövcuddur. Yaxın mərcan riflərində dayvinq burada çox məşhurdur.

Aviabiletləri şirkətin www.azal.az saytında bronlaşdırmaq, AZAL-ın kassalarında və rəsmi agentliklərində əldə etmək mümkündür.

Sözügedən reyslərdə sərnişinlər AZAL Miles bonus proqramından istifadə edə bilərlər. AZAL Miles bonus proqramı haqqında ətraflı məlumat aviaşirkətin rəsmi internet saytında verilmişdir: www.miles.azal.az. Proqram iştirakçısı olmayan şəxslər onlayn qeydiyyatdan keçə bilər. Balların avtomatik hesablanması üçün aviabiletin alınması prosesində müvafiq xanada AZAL Miles iştirakçısının unikal nömrəsini daxil etmək kifayətdir.
Aviabiletləri əldə etmək və daha ətraflı məlumat almaq üçün aşağıdakı telefon nömrələri ilə əlaqə saxlaya bilərsiniz: (+99412) 598-88-80; Azərbaycandan zənglər üçün qısa nömrə: *8880 E-mail: [email protected]  

AZAL Miles bonus proqramı ilə bağlı sualları ya [email protected] email ünvanına və ya www.azal.az. saytındakı əlaqə forması vasitəsilə göndərmək olar.