SİZİN REKLAM BURADA!
055 213 76 73



Azərbaycanda ən böyük "ev üçün hər şey" tipli mağaza olan "Evimiz" qapılarını müştərilərin üzünə açdı.

"Evimiz"-in açılışına şou-biznes ulduzları, dizaynerlər, bloqerlər, jurnalistlər və digərləri təşrif buyurublar. Açılış mərasiminin qonaqları konkurslarda iştirak edib, müxtəlif hədiyyələr qazanıblar.

"Evimiz" alıcılara məişət texnikası, mebel, qab-qacaq, tekstil, saatlar, çılçıraqlar və digər mallar təklif edir. 3500 kv. m. çox sahədə yerləşən mağazada 10000-dən çox adda mal satılır. "Evimiz"də mətbəx və vanna otağı, yataq və qonaq otaqları, dəhliz və anbar, balkon və həyət üçün lazım olan hər şeyi tapmaq olar.

Mağaza təkcə ölçüləri və zəngin çeşidi ilə yox, eyni zamanda məhsulların keyfiyyəti, brendlərin müxtəlifliyi, qiymətlərin geniş diapazonu ilə seçilir.

Bundan əlavə, "Evimiz" oktyabrın sonunadək bütün məhsullara 20%-lik endirim təklif edir.

Mağazanın şəhər mərkəzinə yaxınlığı, "Evimiz"in mütəxəssislərinin məsləhətləri, malların evə çatdırılması və quraşdırılması müştərilərin vaxtına qənaət etməkdə kömək edəcək. Bundan əlavə, kreditlə satış bütün məhsulları qısa zamanda əldə etməyə imkan verəcək.

Mağazamızda uşaqlar üçün yerin, namaz otağının, geniş parklanma ərazisinin olması malların seçimi prosesini daha rahat və xoşagələn edəcək.

"Evimiz" Xətai rayonu, F.Bayramov küç., 28 ünvanında, keçmiş "Master Tibot" mağazasının binasında yerləşir.

BAKU.WS