SİZİN REKLAM BURADA!
055 213 76 73



Bakıda "Çaynataun" restoranın kampaniyası böyük səs-küyə səbəb olub. 

BAKU.WS-in məlumatına görə, restoran "4 Sentyabr millimizin vurduğu hər qola 20% endirim edirik!" adlı yeni kampaniya elan edib.

Azərbaycan yığmasının San Marino ilə qarşılaşmada 5 qol vurması müştərilərin ürəyincə olub. Belə ki, "Çaynataun"a gələn müştərilər millinin hesabına ödəniş etməyib. Hər qola görə 20% endirim olduğu üçün 5 topa görə 100% endirim edilib və nəticədə müştərilərdən hesab alınmayıb. 

Restoran oyundan sonra bu paylaşımı edib: "Biz sözümüzün üstündə dayandıq! Millimizin 5 qolluq qələbəsinə "Çaynataun"dakı bütün qonaqları 100% endirim ilə pulsuz qonaq etdik. Təki həmişə belə qələbələr qazanaq!"

BAKU.WS