SİZİN REKLAM BURADA!
055 213 76 73



Mənzilinizi səliqəyə salmaq, çox da baha olmayan, amma üslublu interyer təşkil etmək və ya sadəcə yaxınlarınıza hədiyyə seçmək istəyirsiniz? Onda sentyabrın 29-na olan planlarınızı təxirə salın və "Evimiz"-in açılışına gəlin!

Bu, sıradan bir təsərrüfat malları mağazası deyil. "Evimiz" – Azərbaycanda ən böyük "ev üçün hər şey" tipli mağazadır!

Sadəcə təsəvvür edin: 3500 kv. m. sahədə məişət texnikası, mebel, qab-qacaq, tekstil, saatlar, çılçıraqlar və bir çox digərləri! 10000-dən çox adda mal və hamısı sizin üçün! Siz burada mətbəx və vanna otağı, yataq və qonaq otaqları, dəhliz və anbar, balkon və həyət üçün lazım olan hər şeyi tapacaqsınız.

Mağaza təkcə ölçüləri və zəngin çeşidi ilə yox, eyni zamanda məhsulların keyfiyyəti, brendlərin müxtəlifliyi, qiymətlərin geniş diapazonu ilə seçilir. Siz həmçinin istədiyiniz hər növ mebeli sifariş edərək, ala bilərsiniz.

Müasir dinamik dünyada hər dəqiqə hesabdadır və biz bunu anlayırıq! Mağazanın şəhər mərkəzinə yaxınlığı, bizim mütəxəssislərin məsləhətləri, malların evinizə çatdırılması və quraşdırılması vaxtınıza qənaət etməkdə sizə kömək edəcək. Bundan əlavə, kreditlə satış sizə bütün məhsulları qısa zamanda əldə etməyə imkan verəcək.

Mağazamızda uşaqlar üçün yerin, namaz otağının, geniş parklanma ərazisinin olması malların seçimi prosesini daha rahat və xoşagələn edəcək.

Biz sizə evinizdəki komfortun və səliqənin saxlanılmasını daha asan, əlverişli və maraqlı etməyə kömək edəcəyik!

Sentyabrın 29-dan qapılarımız üzünüzə açıq olacaq!

Açılış mərasiminə qatılın, Hədiyyələr festivalımızda iştirak edin və qiymətli prizlər qazanmaq imkanı əldə edin! Onların arasında iPhone 7 smartfonu, mebel, elektrik cihazlar və digər mükafatlar olacaq.

"Evimiz"-in açılışına şou-biznes ulduzları, dizaynerlər, bloqerlər və jurnalistlər təşrif buyuracaqlar.

Sizi "Evimiz"-də, Xətai rayonu, F.Bayramov küç., 28 ünvanında, keçmiş "Master Tibot" mağazasının binasında gözləyirik!

(012) 490 22 25
https://www.facebook.com/EvimizAzerbaijan/
https://www.instagram.com/__evimiz__/