VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Azərbaycanda ən böyük "ev üçün hər şey" tipli mağaza “Evimiz”in açılışı oldu.

BAKU.WS-in məlumatına görə, şou-biznes ulduzları, dizaynerlər, blogerlər və jurnalistlərin iştirak etdiyi açılış mərasimində alıcılar həmçinin böyük fürsətlərlə qarşılaşıblar.

Çünki məişət texnikasından tutmuş eyvan və həyət üçün lazım olan hər bir məhsulda endirimlər var.

Xətai rayonu, F.Bayramov küç., 28 ünvanında, keçmiş "Master Tibot" mağazasının binasında yerləşəm “Evimiz”də məişət texnikası, mebel, qab-qacaq, tekstil, saatlar, çılçıraqlar, 10000-dən çox adda mal, mətbəx və vanna otağı, yataq və qonaq otaqları, dəhliz və anbar, balkon və həyət üçün lazım olan hər şeyi tapa bilərsiniz.

Mağaza təkcə ölçüləri və zəngin çeşidi ilə yox, eyni zamanda məhsulların keyfiyyəti, brendlərin müxtəlifliyi, qiymətlərin geniş diapazonu ilə seçilir. Siz həmçinin istədiyiniz hər növ mebeli sifariş edərək, ala bilərsiniz.

Mağazanın şəhər mərkəzinə yaxınlığı, bizim mütəxəssislərin məsləhətləri, malların evinizə çatdırılması və quraşdırılması vaxtınıza qənaət etməkdə sizə kömək edəcək. Bundan əlavə, kreditlə satış sizə bütün məhsulları qısa zamanda əldə etməyə imkan verəcək.

Mağazamızda uşaqlar üçün yerin, namaz otağının, geniş parklanma ərazisinin olması malların seçimi prosesini daha rahat və xoşagələn edəcək.

BAKU.WS