32 saylı bağçada uşaqlara iylənmiş ətdən yemək bişirilir? - RƏSMİ CAVAB
Daxil olan müraciət əsasında Bakı şəhəri, Yasamal rayonu, M.Seyidov küçəsi 22 ünvanında yerləşən 32 saylı bağçada Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən yoxlama keçirilib.
BAKU.WS xəbər verir ki, bu barədə AQTA APA-nın sorğusuna cavabında bildirilib:
"Baxış zamanı bağçada istifadə olunan ət məhsullarının həftəlik olaraq "Qubadoğlu" MMC-yə məxsus kəsimxanadan baytarlıq ekspertizasından keçirilərək müvafiq sənədlər əsasında gətirildiyi, qida məhsullarının "El-Oba" MMC tərəfindən təmin olunduğu, ümumi nəzarətin isə "Depot" MMC tərəfindən həyata keçirildiyi məlum olub.
Eyni zamanda qida blokuna baxış zamanı məhsulların temperatur rejiminə, mal qonşuluğuna və istifadəyə yararlılıq müddətlərinə əməl edildiyi, istehlaka təqdim edilən çiy mal ətindən götürülmüş nümunələrin laborator müayinəsi nəticəsində isə hər hansı uyğunsuzluq olmadığı müəyyənləşib".
Qeyd edək ki, 32 saylı bağçada uşaqlara iylənmiş ətdən yemək bişirildiyi ilə bağlı iddialar yayılmışdı.
Qalereya
Oxşar xəbərlər
Şuşada 4 mərtəbəli 8 yaşayış binası tikiləcək - 30 milyonluq LAYİHƏ
Şuşa şəhərində yeni yaşayış binaları inşa olunacaq. BAKU.WS-in Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsindən əladə etdiyi məlumata görə, D-5 massivində ikinci mərhələ...