32 ildən sonra Bakıdan Ağdama ilk qatar – Biletlər 3 günə satıldı
30
avq
2025
11:53
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
32 ildən sonra ilk dəfə bu gün Bakıdan Ağdama yola düşmüş sərnişin qatarında tam doluluq qeydə alınıb.
BAKU.WS xəbər verir ki, 27 avqustda satışa çıxarılmış biletlər 3 gün ərzində satılıb.
Sərnişinlər arasında Ağdamdan olan tanınmış ictimaiyyət nümayəndələri, media mənsubları və qonaqlar da var.
Müasir "Stadler" qatarı bu gün saat 7:10-da Bakıdan Ağdam istiqamətində hərəkətə başlayıb. Qatar saat 18:20-də əks istiqamətdə yola düşəcək.
Oxşar xəbərlər
Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir
Azərbaycan Dəmir Yolları (ADY) sərnişindaşıma xidmətlərinin keyfiyyətini yüksəltmək, hərəkət tərkibini yeniləmək və dəmir yolu ilə sərnişindaşıma coğrafiyasını...