SİZİN REKLAM BURADA!
055 213 76 73



Şirvanda pensiyaçıları aldadaraq bankomatlardan pul çəkən 27 yaşlı şəxs saxlanılıb.

ARB TV-dən BAKU.WS-ə verilən məlumata əsasən, vətəndaşların müraciəti əsasında Şirvan polisi əməliyyat tədbirləri həyata keçirib.

Məlum olub ki, pensiyaçıların etibarından sui-istifadə edərək onlara məxsus ayrı-ayrılıqda 120 və 222 manatı mənimsəyən şəxs əvvəllər məhkum olunmuş Şirvan sakini, 27 yaşlı Füzuli Nəcəfovdur.

Saxlanılan şəxs barəsində Şirvan şəhər məhkəməsi 3 ay müddətinə həbs-qətiimkan tədbiri seçib.

Faktla bağlı Şirvan şəhər polis şöbəsində araşdırma aparılır.

BAKU.WS